Avropa çempionatı: millimiz bu gün oyuna çıxacaq
Tarix: 09-09-2025 13:11 | Bölmə: İdman
Avropa çempionatı: millimiz bu gün oyuna çıxacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Reyting.az
xəbər verir ki, yığmamız Bakıda Bolqarıstan seçməsini qəbul edir.

“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Ayxan Abbasov əsas milliyə getdiyi üçün U-21 bu matça Elnur Çodarovun rəhbərliyi altında çıxacaq.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib