Azərbaycanın U-19 millisi Polşaya böyük hesabla uduzub
Tarix: 09-09-2025 15:09 | Bölmə: İdman
Azərbaycanın U-19 millisi Polşaya böyük hesabla uduzub

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

Reyting.az
xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandasına böyük hesabla uduzub.

"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib