Kamran Ağayev milli komandadan uzaqlaşdırılıb
Tarix: 07-10-2025 16:46 | Bölmə: İdman
Kamran Ağayev milli komandadan uzaqlaşdırılıb

Kamran Ağayev Azərbaycan milli komandasından uzaqlaşdırılıb.

Məlumata görə, Ayxan Abbasov baş məşqçi təyin edildikdən sonra K.Ağayevlə müqaviləyə xitam verilib. 

Maraqlıdır ki, sabiq baş məşqçilər Canni De Byazi və Fernandu Santuşun dönəmində əsas yığmada qapıçı məşqçisi işləyən keçmiş qolkiper aşağı yaş qruplarında da işlə təmin edilməyib. 

Qeyd edək ki, Kamran Ağayev 2022-ci ildə Azərbaycan yığmasında qapıçı məşqçisi kimi işləməyə başlamışdı(qafqazinfo). 




Bölməyə aid digər xəbərlər