19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Çempionlar Liqası: "Qalatasaray" səfərdə qalib gəlib - Nəticələr
Tarix: 06-11-2025 09:02 | Bölmə: İdman
Çempionlar Liqası: "Qalatasaray" səfərdə qalib gəlib

UEFA Çempionlar Liqasının 4-cü turunun oyunları ötən gecə başa çatıb.

Reyting.az
xəbər verir ki, "Qarabağ"ın Bakıda Çelsi" ilə 2-2 hesablı tarixi heç-heçəyə nail olduğu turda "Qalatasaray" dünyaya səs salıb.

İstanbul komandası nigeriyalı hücumçu Viktor Osimhenin het-triki ilə səfərdə "Ayaks"ı 3-0 hesabı ilə məğlub edərək, 9 xalla 9-cu pilləyə yüksəlib.

Gecənin ən çox qol vurulan oyununda "Brügge" evində "Barselona"ya boyun əyməyib - 3-3

Beləliklə, 4-cü turun bütün oyunlarının nəticələrini təqdim edirik:

4 noyabr:


Napoli (İtaliya) - Ayntraxt Frankfurt (Almaniya): 0-0

Slaviya Praqa (Çexiya) - Arsenal (İngiltərə): 0-3

Atletiko Madrid (İspaniya) - Union Saint-Gilloise (Belçika): 3-1

Bodo/Glimt (Norveç) - Monako (Fransa): 0-1

Yuventus (İtaliya) - Sportinq (Portuqaliya): 1-1

Liverpul (İngiltərə) - Real Madrid (İspaniya): 1-0

Olimpiakos (Yunanıstan) - PSV (Hollandiya): 1-1

PSJ (Fransa) - Bavariya (Almaniya): 1-2

Tottenhem (İngiltərə) - Kopenhagen (Danimarka): 4-0

5 noyabr:

Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə): 2-2

Pafos (Yunanıstan) Kipr Administrasiyası) - Vilyarreal (İspaniya): 1-0

Ayaks (Hollandiya) - Qalatasaray: 0-3

Benfika (Portuqaliya) - Bayer Leverkuzen (Almaniya): 0-1

Klub Brügge (Belçika) - Barselona (İspaniya): 3-3

İnter (İtaliya) - Kayrat (Qazaxıstan): 2-1

Mançester Siti (İngiltərə) - Borussiya Dortmund (Almaniya): 4-1

Olimpik Marsel (Fransa) - Atalanta (İtaliya): 0-1

Nyukasl Yunayted (İngiltərə) - Atletik Bilbao (İspaniya): 2-0

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər