“Karvan-Yevlax”- "Kəpəz" oyunundan sonra gərginlik yaranıb
Tarix: 21-11-2025 16:38 | Bölmə: İdman
“Karvan-Yevlax”- "Kəpəz" oyunundan sonra gərginlik yaranıb

“Karvan-Yevlax” Futbol Klubu (FK) nəhayət, öz stadionuna geri dönüb.

Reyting.az
xəbər verir ki, bu gün klub builki mövsümdə ev oyununu ilk dəfə Yevlax şəhər stadionunda keçirib.

Klub “Kəpəz” FK-nı qəbul edib. 16 ildən sonra ilk dəfədi ki, Yevlax stadionunda Premyer Liqa oyunu keçirilib.

Saat 14.00-da başlayan oyunda hesabı 14-cü dəqiqədə "Kəpəz" açsa da, ev sahibi 31-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1

77-ci dəqiqədə gəncəlilər penalti zərbəsiylə hesabda önə çıxıblar - 1:2

84-cü dəqiqədə "Karvan"çıların oyunun hakimi Rauf Cabbarovu 11 metrlik cərimə zərbəsi üçün inandırmağa cəhdləri boşa çıxıb. Cabbarov "Kəpəz"ə cərimə təyin etməyib.

Matç bu hesabla başa çatıb. Yevlax komandası öz meydanında 1-2 hesabıyla uduzub. 

Final fitindən dərhal sonra azarkeşlər Karvanın baş məşqçisi Azər Həşimovu istefaya səsləyib. Hətta  azarkeşlər öz komanda üzvləri və məşqçi heyətinin üzərinə butıka atıblar.

Onu da qeyd edək ki, meydana yad əşyalar atılmaasına görə "Karvan" 2 mindən 5 min manatadək cərimə oluna bilər(mia.az).




Bölməyə aid digər xəbərlər