Azər Həşimov: "Mən istefa verməmişəm"
Tarix: 24-11-2025 14:13 | Bölmə: İdman
Azər Həşimov: "Mən istefa verməmişəm"

Azər Həşimov "Karvan-Yevlax"ın baş məşqçi postundan istefa verməyib.

Reyting.az
xəbər verir ki, bu barədə o, "Report"a açıqlamasında bildirib.

O, mövsümün sonuna qədər işinin öhdəsindən gələ biləcəyini düşünür: "Mən istefa verməmişəm. "Karvan-Yevlax"la maya qədər müqaviləm var. Bu məsələ ilə bağlı rəhbərliklə görüşmək, müzakirələr etmək, daha sonra qərar vermək lazımdır. Mövsümün sonuna qədər işimin öhdəsindən gələ biləcəyimi düşünürəm".

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.




Bölməyə aid digər xəbərlər