16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
FİFA-nın səsverməsində saxtakarlıq ediblər - Qalmaqal
Tarix: 26-09-2019 14:08 | Bölmə: İdman
FİFA-nın səsverməsində saxtakarlıq ediblər

FİFA-nın The Best mükafatı ilə bağlı qalmaqal yaranıb.

Reyting.az
Qol.az-a istinadla xəbər verir ki, Nikaraqua millisinin kapitanı Xuan Barreranın Messiyə səs vermədiyi halda sorğunun nəticəsində saxtakarlığa yol verildiyi iddia olunub.

“Mən The Best mükafatında Messiyə səs verməmişəm. Adımı Messiyə səs verən kapitanlar sırasında görəndə təəccübləndim. Ümumiyyətlə, mən səsvermədə iştirak etməmişəm. FİFA iddia edir ki, sorğu siyahısını mənim email ünvanıma göndərib. Amma mən siyahı almamışam. Necə olur ki, sorğuya ümumiyyətlə, qatılmadığım halda, adım səsverənlər siyahısına düşür?” – deyə Barrera bildirib.

FİFA-nın açıqladığı səsvermə siyahısında Xuan Barreranın 1-ci yerə Messi, 2-ci yerə Sadio Mane, 3-cü yerə isə Kriştiano Ronaldonun adını yazdığı qeyd edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}