"Kayserispor" yeni baş məşqçi ilə anlaşıb
Tarix: 10-10-2025 19:28 | Bölmə: İdman
"Kayserispor" yeni baş məşqçi ilə anlaşıb

Markus Qisdolun istefaya göndərilməsindən sonra başsız qalan Türkiyə super liqasının komandası "Kayserispor" yeni baş məşqçi ilə anlaşıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan bildiriblər.

Klub rəhbərliyi Radomir Daloviçi baş məşqçi təyin edib.

Məlumata əsasən, monteneqrolu baş məşqçi ilə mövsümün sonuna qədər bir il uzatmaq şərtiylə müqavilə imzalanıb.

Xatırladaq ki, Daloviç ötən mövsüm Xorvatiyanın “Riyeka” komandası ilə həm liqanın, həm də ölkə kubokunun qalibi olub.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər