13:04 / 15-10-2025
Sabah yağış yağacaq
AFFA baş məşqçini cəzalandırıb
Tarix: 15-10-2025 12:39 | Bölmə: İdman
AFFA baş məşqçini cəzalandırıb

"Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Qaradağ Lökbatan"la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

"Ağdaş"ın baş məşqçisi oyununun 45-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Ü.Sarıyev isə 76-cı dəqiqədə eyni hərəkətə yol verdiyinə görə cəza alıb. Həm futbolçunun, həm də baş məşqçinin bu addımlarına görə "Ağdaş" klubu ümumilikdə 2000 manat cərimələnib.




Bölməyə aid digər xəbərlər