Baş məşqçi: "İsraillə fərqli atmosferdə oyun olacaq"
Tarix: 10-10-2025 19:49 | Bölmə: İdman
Baş məşqçi: "İsraillə fərqli atmosferdə oyun olacaq"

"Sabah İsrail yığması ilə çox fərqli atmosferdə oyun olacaq".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Norveç milli futbol komandasının baş məşqçisi Stale Solbakken dünya çempionatının Avropa seçmə mərhələsinin I qrupunda sabah İsraillə qarşı keçirəcəkləri oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oyunçuları bəlli siyasi məsələlərdən "qidalanmaqdadır": "Etiraf edək ki, bu matçın idmandan başqa səbəblərə görə xüsusi olacaq. Bunu görməməzlikdən gəlmək olmaz. Amma oyunçularım bu vəziyyəti yaxşı mənada xeyrimizə yönəltmək əzmndədirlər. Ümid edirəm ki, matç ərzində hər şey sakit keçər".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər