AFFA bəzi klub və futbolçuları cəzalandırıb - Siyahı
Tarix: 09-10-2025 15:40 | Bölmə: İdman
AFFA bəzi klub və futbolçuları cəzalandırıb

AFFA İntizam Komitəsinin bəzi klub və futbolçuları cəzalandırıb.

Reyting.az
AFFA-nın bu barədə olan qərarını təqdim edir:

- 03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununun 90+7-ci dəqiqəsində "Zirə" klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Zirə" klubu 500 manat cərimə edilsin (maddə 17.7);

- 03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə "Zirə" klubu 1000 manat cərimə edilsin (maddə 68);

- 03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

- 03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "Neftçi" komandası 10000 manat cərimə edilsin (maddə 86.3);

- 03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Neftçi" komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, "Neftçi" klubu 5000 manat cərimə edilsin (maddə 51.1);

- 04.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Sumqayıt" – "Turan Tovuz" oyununda "Sumqayıt" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt" klubu 700 manat cərimə edilsin (maddə 43.1);

05.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun "Qəbələ" – "Şamaxı" oyununda "Şamaxı" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şamaxı" klubu 700 manat cərimə edilsin (maddə 43.1);




Bölməyə aid digər xəbərlər