“Qəbələ” daha bir futbolçu ilə bağlı qərar verdi
Tarix: 29-01-2016 17:55 | Bölmə: İdman


"Qəbələ”nin məşqçilər heyəti bir müddətdir komandada baxışda olan millimizin futbolçusu Pavel Paşayevlə bağlı qərar verib.

Klubdan Qol.Az-a verilən məlumata görə, 28 yaşlıfutbolçu Roman Qriqorçukun etimadını doğruldub.
 
 
Onunla 1 illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb.O,son olaraq Ukraynanın "Metallurq” (Zaporojye) klubunda çıxış edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}