"Neftçi" yoxlama görüşündə qonağı məğlub edib
Tarix: 15-08-2020 00:09 | Bölmə: İdman
"Neftçi" yoxlama görüşündə qonağı məğlub edib

Azərbaycanın Premyer Liqa təmsilçiləri "Neftçi" və "Qəbələ" yoxlama görüşündə qüvvələrini sınayıblar.

8-ci km stadionunda keçirilən oyunda Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. "Neftçi"dən Mamadu Kane və Yusuf Lavas, "Qəbələ"dən isə Nikolas Raysel (penalti) fərqləniblər.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl yoxlama görüşlərində "Qarabağ"a (0:1) "Sabah"a (2:5) uduzub, "Sumqayıt"a (3:0) qalib gəlib. "Qəbələ" isə "Zirə" ilə qolsuz bərabərə qalıb, "Səbail" (1:2) və "Sabah"a (0:2) məğlub olub, "Sumqayıt"a (2:1) qalib gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}