Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Tarix: 26-02-2016 17:33 | Bölmə: İdman

 

 

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Reyting.az Qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbaxça" 1/8 finalda Portuqaliyanın "Braqa" klubuna rəqib olub. Bu mərhələdə"Qarabağ"ın qrup mərhələsindəki rəqibi "Tottenhem" "Qəbələ"nin qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab qarşılaşmaları isə1 həftə sonra keçiriləcək.

 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)

"Vilyareal" (İspaniya) - "Bayer" (Leverkuzen) (Almaniya)

"Atletik" (Bilbao, İspaniya) -"Valensiya" (İspaniya)

"Liverpul" (İngiltərə) -"Mançester Yunayted" (İngiltərə)

"Sparta" (Çexiya) -"Latsio" (İtaliya)

"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)

"Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya)

 

 





Bölməyə aid digər xəbərlər
22-12-2024, 15:57 "Sabah" "Şamaxı"ya uduzub

bütün xəbərlər