16:39 / 28-11-2024
Sabah qar yağacaq
İdmançımız erməni rəqibini məğlub etdi – 51-ci saniyədə
Tarix: 17-04-2016 18:39 | Bölmə: İdman


Serbiyanın Zrenyanin şəhərində Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir. Apasport.az saytı xəbər verir ki, bu gün Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) döşək üzərinə çıxıb.

İkiqat Avropa çempionu ilk görüşdə Moldova təmsilçisi Aleksandru Burkanı, daha sonra isə Polşa idmançısı Kristian Brzozovskini məğlubiyyətə uğradıb. Yarımfinalda Ermənistan güləşçisi Suren Xaçatryanla qarşılaşan Həsənova qələbə üçün 51 saniyə bəs edib. Rəqibi üzərində təmiz qələbə qazanan Cəbrayıl finala adlayıb.

İdmançımız bununla Rio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər