18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Milli Şura Yalçın Topçunu ordenlə təltif edib - Fotolar
Tarix: 02-07-2019 02:49 | Bölmə: Xəbərlər
Milli Şura Yalçın Topçunu ordenlə təltif edib

Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilib.

Bu barədə Reyting.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Türk Dünyası qarşısındakı xidmətlərinə görə Yalçın Topçuya yüksək ordeni Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov, Ankarda Türkiyə Prezidentinin rezidensiyasında şəxsən təqdim edib.

Xatırladaq ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni 8 aprel 2018-ci ildə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib. İndiyə qədər 3 Ukrayna vətəndaşı, 1 Gürcüstan və 1 Azərbaycan vətəndaşı bu yüksək ordenlə təltif ediliblər.

Milli Şura Yalçın Topçunu ordenlə təltif edibMilli Şura Yalçın Topçunu ordenlə təltif edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}