Rusiya ordusu Xarkov vilayətində irəliləyib
Tarix: 10-06-2025 08:36 | Bölmə: Xəbərlər
Rusiya ordusu Xarkov vilayətində irəliləyib

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində, Fiqolovka yaxınlığında 5 km irəliləyib.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, hərbi ekspert Andrey Maroçkonun məlumatına görə, irəliləyiş zamanı Rusiya qüvvələri iki meşə zolağını tutub və Ukraynanın üç müdafiə mövqeyini məhv edib.

Onun sözlərinə görə, aktiv döyüş əməliyyatları zamanı rus qoşunları Fiqolovka kəndinin şimal-şərqində və cənub-qərbində nəzarət zonasını genişləndirib.

Maroçko əlavə edib ki, Rusiya ordusunun irəliləməsi nəticəsində Krasnoye Pervoye-Fiqolovka avtomobil yolu demək olar, boz zonaya keçib.

ELÇİN




Bölməyə aid digər xəbərlər