14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Yazıçı və kəşfiyyatçı vəfat edib
Tarix: 10-06-2025 15:01 | Bölmə: Xəbərlər
Yazıçı və kəşfiyyatçı vəfat edib

Böyük Britaniyanın məşhur yazıçısı, ingilis kəşfiyyatçısı Frederik Forsayt 86 yaşında dünyasını dəyişib. Yazıçının ölüm xəbərini Forsaytın ədəbi agenti Conatan Lloyd da təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Forsayt uzun illər "BBC News" kanalında və "Reuters" agentliyində çalışıb. O, 1968-ci ildə Nigeriyadakı vətəndaş müharibəsini bir jurnalist kimi işıqlandıran zaman Britaniya kəşfiyyatı MI6 ilə əməkdaşlığa başlayıb. 2015-ci ildə nəşr olunan tərcümeyi-halında yazıçı 20 ildən artıq Mİ6 kəşfiyyat xidmətinin məlumatçısı olduğunu etiraf edib.

Forsayt 75 milyon nüsxədən çox satılan 25-dən çox kitabın müəllifidir. O, siyasi və casus triller janrında işləyib. Yazıçının ən məşhur əsərləri sırasında olan "Çaqqal günü", "Müharibə itləri" və "Odessa dosyesi" kimi başqa romanları dəfələrlə ekranlaşdırılıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
12-06-2025, 00:23 TV rəhbəri həbs olunub