00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
Tarix: 10-06-2025 17:32 | Bölmə: Xəbərlər
Misir Mərdanov xəstəxanaya yerləşdirilib

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçün Misir Mərdanovun özü ilə əlaqə saxlayıb.

Modern.az-a açıqlamasında sabiq nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.




Bölməyə aid digər xəbərlər