00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
Tarix: 10-06-2025 17:48 | Bölmə: Xəbərlər
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb

"Sity Net" şirkəti Jurnalistlərin binasındakı abunəçilərinə kələk gəlib.


Bu barədə Mia.az-a məlumat verən sakinlərdən biri deyib ki, ötən ay provayder şirkətdən yaşadığı mənzilə internet xətti çəkdirib:

"Həmin vaxt mənə deyildi ki, bəs bir ay abunə haqqını ödəyəcəksiz, növbəti ay isə yox. Yəni, bir ay güzəşt olunacaq. İndisə belə çıxır ki, bu, kökündən yalan vəd olub. Bəli, fakt budur ki, şirkət jurnalistlərə ya bilərəkdən yalan deyib, yaxud da adam yerinə qoymayaraq kələk gəliblər. Məsələn, mən iki gündür zəifləyən internetlə bağlı şirkətlə əlaqə yaratdıqdan sonra mənə tamam fərqli şərtlər deyilib. Operator mənə dedi ki, mənzillə gələn adam sizə yalan deyib, sizə növbəti ayda güzəşt olunmayacaq. Pis hallardan biri də budur ki, şirkət nümayəndələri sakinlərə müqavilə belə təqdimetməyiblər. Sakinlər də şirkətin jurnalistlərin olduğu binada belə fərəldaqçılıq olmayacaını zənn etdiyindən çəkiliş vaxtı müqavilənin surətini yerində tələb etməyiblər. Şirkət isə bundan sui-istifadə edərək, yəqin ki, müqaviləni öz xeyrinə doldurub. Şəxsən mənə maraqlıdır, müqavilənin bizə aid olan nüsxəsinə kim qol çəkib? Hanı müqavilə?! Niyə şirkət sakinlərə belə fırıldaq gəlib?"

Digər jurnalist sakin isə Mia.az-a deyib ki, ona da fırıldaq gəliblər: "Bir aylıq güzəştləri cəhənnəmə qalsın, kontur kampaniyasında da məni aldatdılar. Daha doğrusu, dirəşdikdən sonra bir ay kontur vuruldu, digər ayda isə olmadı".

Sakinlərin votsap qrupunda gedən müzakirələrdən isə bəlli olub ki, şirkət binaya iki qrup göndəribmiş: "Onlar sakinləri 7 ildir istifadə etdikləri "Azevrotel"dən "qoparmaq" üçün müxtəlif şirnikləndirici güzəştli vədlər veriblər. İndisə bəlli olur ki, bunların hamısı yalan imiş. Məqsəd dövlət provayderi olan"Azevrotel"i həm də çökdürmək olub. Bütün hallarda isə əziyyət çəkən yenə binanın sakinləri olub. İndi siz təsəvvür edin ki, bunlar jurnalistlərə "atıblar". Görün, digər binalarda istifadəçilərin başına hansı oyunlar açılır?!".

Jurnalistlərin biri məsələ ilə bağlı şirkətlə əlaqə yaradıb. Şirkətdən bildirilib ki, məsələ araşdırılacaq.

Onu da qeyd edək ki, narazı jurnalistlər yaranmış vəziyyətlə bağlı rəsmi qurumlara şikayət məktubu da hazırlayırlar.




Bölməyə aid digər xəbərlər