17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Müxalifətçiyə 18 il həbs cəzası verilib
Tarix: 11-06-2025 17:09 | Bölmə: Xəbərlər
Müxalifətçiyə 18 il həbs cəzası verilib
A. Navalnı və L. Volkov

Rusiya hakimiyyəti mərhum müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının təqibini davam etdirir. Hakimiyyətin növbəti hədəfi Leonid Volkov olub.

Reyting.az
-ın məlumatına görə, Moskva şəhərinin 2-ci Qərb Dairə Hərbi Məhkəməsi qiyabi həbs hökmü çıxarıb. Rusiya müxalifətinin lideri kimi məhkum edilmiş və bir müddət sonra həbsxanada öldüyü bildirilən Aleksey Navalnının ən yaxın məsləkdaşı Leonid Volkov Moskva məhkəməsi tərəfindən qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Mediazona" bildirir ki, L. Volkov 2013-cü ildə Rusiyada keçirilən prezident seçkiləri zamanı A. Navalnının seçki qərargahının rəhbəri, 2023-cü ilə qədər isə Navalnının korrupsiyaya qarşı fonduna rəhbərlik edib.

Məhkəmə qərarına əsasən "Qərb casusu" L. Volkova həmçinin iki milyon rubl cərimə kəsilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər