İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşüb
Tarix: 21-01-2020 21:04 | Bölmə: Gündəm
İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşüb

​​​​​​​Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib.  Həmçinin, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb/Azərtac.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}