Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
Tarix: 17-10-2025 17:16 | Bölmə: İqtisadiyyat
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 16 milyon 996 min 208,46 ton həcmində neft ixrac olunub.

Reyting.az
Gömrük Komitəsinə istiandla xəbər verir ki, Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Almaniya və Rumıniya daxil olub.

Bu ilin 9 ayında Azərbaycan İtaliyaya 4 milyard 992 milyon 915,19 min ABŞ dolları dəyərində 9 milyon 589 min 365,7 ton, Çexiyaya 701 milyon 374 min ABŞ dolları dəyərində 1 milyon 307 min 899,13 ton, Xorvatiyaya 537 milyon 768,29 min ABŞ dolları dəyərində 998 min 469,46 ton xam neft ixrac edib. Almaniyaya 445 milyon 304,6 min ABŞ dolları dəyərində 841 min 915,48 ton və Rumıniyaya 429 milyon 334,05 min ABŞ dolları məbləğində 778 min 615,54 ton neft tədarük edilib.




Bölməyə aid digər xəbərlər