Mir Cəlal Paşayevin kitablarının təqdimatı keçirilib
Tarix: 21-12-2018 12:39 | Bölmə: Mədəniyyət
Mir Cəlal Paşayevin kitablarının təqdimatı keçirilib

Milli Kitabxanada professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib.

Reyting.az xəbər verir ki, kitablar Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.

Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və bir sıra elm xadimləri iştirak ediblər.

Əbülfəs Qarayev çıxışında bildirib ki, bu il müddətində Mir Cəlal Paşayevin fəaliyyəti ilə bağlı bir neçə silsilə tədbirlər keçirilib: "Mir Cəlal Paşayevin fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul olunur, bəşəriyyət tərəfindən onun qoyduğu irs müəyyən elmi araşdırmalara, tədqiqatlara səbəb olub".

Xalq yazıçısı Elçin Əfəndiyev isə deyib ki, Mir Cəlal Paşayevin istedadı ideologiyaya məğlub olmadı: "Məhz buna görə də, onun əsərləri bu gün də aktualdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}