Mehriban Xanlarova Mehriban Ələkbərzadəyə vaxt verib: "Üzr istə!”
Tarix: 15-05-2025 13:50 | Bölmə: Mədəniyyət
Mehriban Xanlarova Mehriban Ələkbərzadəyə vaxt verib: "Üzr istə!”

"Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr istəyəcəksən".

Reyting.az
xəbər verir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə yə ünvanlı xəbərdarlığında deyib.

O, sosial emdia hesabında daha sonra yazıb: "Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!".




Bölməyə aid digər xəbərlər