Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
Tarix: 23-06-2025 15:49 | Bölmə: Mədəniyyət
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib

Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını "YouTube"da yunan dilində “Hara gedir” adı altında yayımlayıb: "Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib".




Bölməyə aid digər xəbərlər