Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
Tarix: 03-09-2025 11:58 | Bölmə: Mədəniyyət
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı başlayır.

Mədəniyyət Nazirliyindən Reyting.az-a bildirilib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İCESCO-nun dəstəyi ilə reallaşacaq təsbir sentyabrın 18-də start götürəcək.

Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək festival çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.

Tədbirdə Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.

Festival sentyabrın 28-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər