"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
Tarix: 04-09-2025 15:38 | Bölmə: Mədəniyyət
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub

Azərbaycan "Tağıyev: Neft" filmini "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında Kino Akademiyasının 98-ci "Oskar" mükafatına namizəd kimi təqdim edib.

Bu barədə Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib.

Ş.Əliyev filmin "Oskar" mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib.

Məlumat üçün xatırladaq ki, "Tağıyev: Neft" filmi "Bakı Media Mərkəzi" tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub.

Ekran işi Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır.

Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejissoru Zaur Qasımzadədir(report).




Bölməyə aid digər xəbərlər