Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
Tarix: 04-09-2025 17:18 | Bölmə: Mədəniyyət
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb

Fransanın Limoges şəhərindəki Adrien Dubouxe Milli Muzeyindən 9,5 milyon avro dəyərində tarixi əsərlər oğurlanıb.

Reyting.az
xəbər verir ki, muzeydən 9,5 milyon avro dəyərində çini vaza və iki boşqab aparıblar.

Fransanın Mədəniyyət naziri Raçida Dati “X” hesabında yazıb ki, hüquq-mühafizə orqanları oğruların tutulması üçün hərəkətə keçiblər.

Qeyd edək ki, Adrien Dubouxe Milli Muzeydə antik dövrdən bu günə qədər keramika tarixinin mühüm mərhələlərini əks etdirən 18.000-dən çox əsər var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər