Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
Tarix: 15-09-2025 20:02 | Bölmə: Mədəniyyət
Payız “Ulduz”u görüşünüzə gəlib

“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb. Jurnal Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.

Reyting.az
-ın məlumatına görə, “Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.

“Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.

“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.

“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.

“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.

Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.

“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı ilə Şəhriyar Məmmədzadədir.

Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.





Bölməyə aid digər xəbərlər