14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
Tarix: 18-09-2025 17:16 | Bölmə: Mədəniyyət
Yeni film tənqidçilərdən yüksək qiymət alıb

İki Hollivud ulduzunun rol aldığı "Döyüş ardınca döyüş" filmi əksər tənqidçilərdən yüksək qiymət alıb.

Reyting.az
-ın məlumatına görə, Pol Tomas Andersonun rejissoru olduğu, Leonardo Di Kaprio və Şon Pennin baş rolları ifa etdikləri "Döyüş ardınca döyüş" filmi Qərb mətbuatında böyük əks-səda doğurub.

"Metacritic" portalında tamaşaçıların və kino tənqidçilərinin iştirakı ilə keçirilən səsvermə zamanı bu yeni ekran əsəri 100 baldan 97 xal toplayıb. Eyni zamanda, "Rotten Tomatoes" portalında "təzəlik" göstəricisi 98 faiz təşkil edib. Bir çox kino tənqidçiləri bu filmi Hollivudun "şedevri" kimi qiymətləndiriblər.



Cəmi 150 milyon dollarlıq büdcə ilə lentə alınmış yeni və baxımlı ekran əsərində inqilabçı keçmişi olan Bob Ferqyusonun hekayəsindən bəhs edilir. İnqilabçı ailəsi naminə siyasi fəaliyyətindən uzaqlaşsa da, köhnə düşməni polkovnik Lokcoy ilə yenidən üz-üzə gəlməyə məcbur olur.

Rəylərdə aktyor oyunu xüsusi vurğulanır: məşhur aktyor Şon Penn "ən yaddaqalan antaqonistlərdən birini" canlandırdığına görə, təriflərin müşayiəti ilə dönə-dönə alqışlanıb. Onun həmkarı, kino ulduzu Di Kaprionun və digər aktyorların ifası isə yüksək səviyyədə peşəkarlıq nümunəsi kimi dəyərləndirilib. Andersonun rejissor işi və "VistaVision" formatında qurulmuş operatorluq işi də diqqət çəkib və təqdir edilib.

"Döyüş ardınca döyüş" filmi bu ilin əsas nümayişlərindən biri hesab olunur. Filmin dünya üzrə nümayişi 26 sentyabr 2025-ci ildə başlayacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər