11:29 / 26-09-2025
Ombudsman bəyanat yayıb
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Tarix: 26-09-2025 16:42 | Bölmə: Mədəniyyət
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub

Bu gün Sumqayıt Dövlət Dram Teatrında Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş "Ölməz" tamaşasının premyerası keçirilib.

Reyting.a
z xəbər verir ki,  Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramının quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış ediblər.

Səhnə əsərində Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı geniş işıqlandırılıb. Tamaşada qəhrəman döyüşçünün altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına Alban kilsəsində mühasirəyə müqavimət göstərməsi, ermənilərin bütün təzyiqlərinə rəğmən təslim olmaması təsvir edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.




Bölməyə aid digər xəbərlər