Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
Tarix: 15-10-2025 08:32 | Bölmə: Mədəniyyət
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib

D'Angelo kimi tanınan amerikalı neo-soul müğənnisi Maykl Eugene Archer 51 yaşında dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə “The Variety” nəşri sənətçinin ailəsinə istinadla məlumat yayıb.

Ailəsindən verilən açıqlamaya görə, musiqiçi xərçəng xəstəliyi ilə “uzun və cəsarətli” mübarizədən sonra vəfat edib.

D'Angelo 1974-cü ildə Virciniya ştatının Cənubi Riçmond şəhərində anadan olub. O, uşaqlıqdan musiqiyə həvəsli olub: üç yaşında pianoda ifa edib, atası ilə birlikdə kilsədə çıxış edib, yeniyetmə ikən yerli pop-qrupun üzvü olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər