12:06 / 03-02-2026
Tehranda bazar yanır
Məşhur aktyoru yeni filmə dəvət ediblər
Tarix: 03-11-2025 10:20 | Bölmə: Mədəniyyət
Məşhur aktyoru yeni filmə dəvət ediblər

Hollivudun ulduz aktyoru Kianu Rivz bu dəfə "gələcəyin sərhədinə” köpəkbalıqları ilə bərabər düşəcək. Artıq bu məşhurun elmi-fantastik janrda yeni ekran əsərinə çəkiləcəyi ilə bağlı xəbərlər təsdiqlənib.

Reyting.az
xəbər verir ki, "Warner Bros." studiyası tərəfindən istehsal edilmiş baxımlı, şöhrətli "Dedpul" filminin rejissoru kimi tanınmış Tim Miller yeni elmi-fantastik janrda "Üşütmə" kino-layihəsini həyata keçirmək və tezliklə onu filmə çevirmək üzrədir.

Məlumata görə, kinorejissor lentə alacağı ekran əsərinə aktyor tapmaq üçün hətta götür-qoy etməli də olmayıb. O, öncədən planlaşdırdığı kimi, filmdə oynamaq üçün baş rola məşhur aktyor Kianu Rivzi dəvət edib.

Hollivudun ulduz aktyorunun filmə təsdiqləndiyi bildirilir.

Millerin yaxın vaxtlarda ekranlaşdıracağı bu filmin ssenarisini İan Şor yazıb.

"Üşütmə" filminin prodüserlərindən ancaq birinin - Metyu Vonun adı açıqlanıb.

Bu yeni elmi-fantastik filmin gərgin süjet xətti var. Uğursuzluğa düçar olmuş qaçaqmalçı bir kişi ona tapşırılmış qəribə yükü Karib dənizində təhvil verən zaman qəfildən xəyanətə uğrayır. Süjet xəttinə görə, aktyor Kianu Rivzin canlandıracağı qəhrəman muzdlu döyüşçülərlə, eləcə də qan iyi duyub yaxınlaşan köpəkbalıqları ilə üz-üzə qalır. Lakin belə bir vəziyyətdə qəhrəman sirli, həmçinin onun üçün gizli səbəblərdən tamamilə ümidsiz, ölümcül halda zamanın döngəsinə düşür və məhz elə oradaca sağ qala biləcəyi ssenarini tapmağa çalışır.

"Üşütmə" adlanan yeni ekran əsərinin çəkilişləri və nə zaman nümayiş olunacağı barədə məlumat verilməyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər