Bölgələrdə konsertlər təşkil olunacaq
Tarix: 29-04-2019 16:43 | Bölmə: Mədəniyyət
Bölgələrdə konsertlər təşkil olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.

Heydər Əliyev Fondundan verilən məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək.

Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim olunacaq.

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək.

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}