Səudiyyə TV-sindən Ramazana serial hədiyyəsi - Fotolar
Tarix: 09-05-2019 11:24 | Bölmə: Mədəniyyət
Səudiyyə TV-sindən Ramazana serial hədiyyəsi

Ramazan ayının ilk günündən etibarən Səudiyyə Ərəbistanı televiziyasında “əl-Assuf” adlı yeni serialın nümayişi başlayıb.

Reyting.az
“əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, serialın mərkəzində 1979-cu ildə bir qrup fanatikin Məkkədəki Məscidül-Həram məscidini ələ keçirməsi hadisəsi durur.

Rejissor Mütənna Sabahın çəkdiyi çoxseriyalı filmdə tanınmış ərəb aktyorları yer alıb.

Xatırladaq ki, hadisələrin gerçək cərəyanı zamanı Məkkədə müsəlmanların qibləgahı olan əsas məscid 15 gün mühasirədə qalıb.

Məscidül-Həramın azad edilməsindən sonra 200-dən çox terrorçu edam olunub.

Səudiyyə TV-sindən Ramazana serial hədiyyəsiSəudiyyə TV-sindən Ramazana serial hədiyyəsi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}