16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Direktor MDB-nin XIV Humanitar forumunda iştirak edir
Tarix: 15-05-2019 00:11 | Bölmə: Mədəniyyət
Direktor MDB-nin XIV Humanitar forumunda iştirak edir

Mayın 14-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elm adamlarının “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda XIV forumu işə başlayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev də Türkmənistan Respublikasına yola düşən Azərbaycan ziyalılarından ibarət 11 nəfərlik nümayəndə heyətinin tərkibinə daxildir.

Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.

Forum öz işini mayın 17-də MDB-də keçirilən Kitab İli ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı – “Birlik ulduzları”nın təqdimat mərasimi ilə başa vuracaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}