“Balaca Şahzadə” yenidən səhnəyə çıxacaq - Fotolar
Tarix: 23-05-2019 16:20 | Bölmə: Mədəniyyət
“Balaca Şahzadə” yenidən səhnəyə çıxacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 31-də, saat 13:00 və saat 19:00-da, iyun ayının 1-də saat 12:00 və 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Antuan de Sent-Ekzüperinin dünyaca məşhur "Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək.

Teatrdan Reyting.az-a verilən məlumata görə, dinamik süjet xəttinə, dərin fəlsəfi mənaya malik bu tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz Ruslan Ağababayev, xoreoqrafı Sergey Gritsay, musiqi rəhbəri Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, baletmeysterləri Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə "Bakı Media Mərkəzi”nə məxsusdur.

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Qeyd edək ki, layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva olan "Balaca Şahzadə” tamaşası hər dəfə istər yaşlı, istərsə də uşaqlar tərəfindən çox böyük maraqla qarşılanır.

“Balaca Şahzadə” yenidən səhnəyə çıxacaq
“Balaca Şahzadə” yenidən səhnəyə çıxacaq“Balaca Şahzadə” yenidən səhnəyə çıxacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}