Türkiyənin tanınmış məşqçisi boşandı
Tarix: 17-06-2019 00:50 | Bölmə: Mədəniyyət
Türkiyənin tanınmış məşqçisi boşandı

“Sivasspor” futbol klubunun baş məşqçisi Rıza Çalımbay və həyat yoldaşı Leyla Çalımbayın 34 illik evliliyi sona çatıb.

Reyting.az Türkiyə mətbuatına istinadla bildirir ki, Leyla Çalımbaya görə, şok ayrılığın səbəbi Rıza Çalımbayın futbol aşıqı olmasıdır.

Məlumata görə, Rıza Çalımbayın 34 il öncə evləndiyi uşaqlıqdan olan sevgilisi Leyla Çalımbaydan boşanması futbol dünyasında şoka səbəb olub.

Yaxın ətrafına Rıza Çalımbayı hər zaman sevdiyini və sevməyə də davam edəcəyini söyləyən LeylaÇalımbayın dediyinə görə, evliliyin sonunu gətirən ərinin futbol aşiqi olmasıdır.

“Futbol camiəsi çox zor bir camiə. Ərim və uşaqlarımla heç bir sıxıntı yaşamadım. Amma Rıza işini çox sevir. Nə yay tətili, nə gəzintilər, nə də qıza sürən xoşbəxtliyimiz olub. Ərim üçün varsa, yoxsa futboldur. İşinə inanılmaz aşıqdır. Mən də onun daha çox rahat olması üçün boşanma qərarı verdim”, - Leyla Çalımbay vurğulayıb.

Az müddət öncə əri ilə danışan Leyla Çalımbay deyib ki, nə mal, nə mülk, nə də pul istəmir: “Sadəcə boşanmaq və həyatımın qalan hissəsini uşaqlarım və nəvələrimlə doyunca yaşamaq istəyirəm”.

Onun boşanma istəyini üzüntü ilə qarşılayan Rıza Çalımbay heç bir problem yaratmayıb. Cütlük anlaşmalı olaraq boşanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər