Tahir Salahovun Rusiyada sərgisi keçirilib - Fotolar
Tarix: 21-06-2019 13:45 | Bölmə: Mədəniyyət
Tahir Salahovun Rusiyada sərgisi keçirilib

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib.

Tahir Salahov jurnalistlərə acıqlamasında Bakıda keçirilən sərgisində Sergey Lovrovun iştirakını xatırladaraq, onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini bildirib.

T. Salahovun sözlərinə görə, Sergey Lavrov Bakıda deyib ki, Moskvada, Xarici İşlər Nazirliyində də belə bir sərgi keçirmək istəyir.

Xalq rəssamı bildirib ki, sərgisinin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir yerdir: “Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Biz gərək onları unutmayaq”.

Tahir Salahovun Rusiyada sərgisi keçirilib
Tahir Salahovun Rusiyada sərgisi keçirilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}