Prezident aktrisaya mənzil verdi
Tarix: 26-06-2019 16:18 | Bölmə: Mədəniyyət
Prezident aktrisaya mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

Reyting.az
xəbər verir ki, aktrisa bununla bağlı Prezidentə təşəkkür məktubu ünvanlayıb:

"Möhtərəm cənab Prezident,

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. İncəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə, bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah dövlətimizi, xalqımızı və sizi qorusun”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}