Lənkəran teatrı İrana festivala gedir - Foto
Tarix: 03-07-2019 15:02 | Bölmə: Mədəniyyət
Lənkəran teatrı İrana festivala gedir

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub. Bu barədə Reyting.az-a teatrın direktoru Tofiq Heydərov məlumat verib verib.

Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib. Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.

Lənkəran teatrı İrana festivala gedir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}