Amalya Pənahova ilə bağlı sərəncam verildi
Tarix: 03-07-2019 23:17 | Bölmə: Mədəniyyət
Amalya Pənahova ilə bağlı sərəncam verildi

Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin ediləcək.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər