"Musa Yaqub dedi ki, nə vaxt gəlirsən?" - Sabir Rüstəmxanlı
Tarix: 04-07-2019 15:57 | Bölmə: Mədəniyyət
"Musa Yaqub dedi ki, nə vaxt gəlirsən?" - Sabir Rüstəmxanlı

"İndicə xalq şairi Musa Yaquba zəng vurdum. Səsi gur və saglam idi".

Reyting.az
xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Musa Yaqub yenə ənənəvi sualını verib: "Dedi ki, bəs nə vaxt gəlirsən?

Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir.

"Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək", - deyib məni tələsdirdi. "Sonra mən müalicəyə getməliyəm, gəlib məni tapmazsan", - deyib güldü.

Səsindən Babadağ havası vururdu...

Babadağ durduqca, bu səs də yaşayacaq...".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}