23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Seriala görə “Instagram” səhifələrini qapatdılar
Tarix: 08-07-2019 11:16 | Bölmə: Mədəniyyət
Seriala görə “Instagram” səhifələrini qapatdılar

İranda “Gəndu” adlı yeni teleserial “Nyu-York Tayms”ın sabiq İran müxbiri Ceyson Rezaian və xanımının öz “Instagram” səhifələrini qapatmasına səbəb olub.

Reyting.az
“Axərin xəbər” saytına istinadla xəbər verir ki, serialdakı hadisələr gerçək həyatdan götürülüb. Cavad Əfşar və Müctəba Əmininin çəkdiyi “Gəndu” siyasi filmdir. Teleserialdakı hadisələr ABŞ nəşrinin İrandakı xüsusi müxbiri olmuş Rezaian 2015-ci ildə həbs olunması və casusluqda ittiham edilməsinə həsr olunub. Serialın izləyicilərinin "Maykl Haşemian", "xain", “casus” və s. şərhlərindən sonra Ceyson Rezaian və Yeganə Salehi “Instagram” səhifələrini qapadıb.

Xatırladaq ki, “Nyu-York Tayms”ın hazırkı xüsusi müxbiri Tomas Eldbrinkin də akkreditasiyası müvəqqəti ləğv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}