Yazıçı Anar islahata qərar verdi: AYB-də yeni komissiya yaradıldı, dəyişikliklər aparıldı
Tarix: 11-07-2019 17:36 | Bölmə: Mədəniyyət
Yazıçı Anar islahata qərar verdi: AYB-də yeni komissiya yaradıldı, dəyişikliklər aparıldı

Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən bugünkü toplantıda diqqətçəkən dəyişikliklər olub.

Reyting.az
AYB-nə istinadla xəbər verir ki, toplantıda İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.

Yığıncaqda sərəncamla xalq yazıçısı, xalq şairi fəxri adlarına layiq görülmüş şəxslər AYB İdarə Heyəti (İH) üzvlüyündən çıxarılaraq Ağsaqqallar Şurasının üzvlüyünə keçirilməsi qərara alınıb.

Eyni zamanda, AYB İdarə Heyətinə yeniləri üzv qəbul olunub. Bundan başqa, şair Fərid Hüseyn Gənclər Şurasının sədri, yazıçı Cavid Zeynallı isə sədr müavini seçilib.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyası yaradılıb: "Xalq yazıçısı Mövlud Süleymanlı Komissiyasının sədri, tənqidçi, professor Rahid Ulusel isə sədrin müavini seçilib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər