16:27 / 22-08-2019
Bakıda taxta bazarı yanır
Lənkəranda 128-ci teatr mövsümü başa çatıb - Fotolar
Tarix: 16-07-2019 21:51 | Bölmə: Mədəniyyət
Lənkəranda 128-ci teatr mövsümü başa çatıb

Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin “Senemar” faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.

Reyting.az
-a verilən məlumata görə, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Bundan əlavə, teatr cənub bölgəsinin rayonlarında qastrol səfərlərində olub. İyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.

Çıxışında Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan T. Heydərov Prezident İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə teatr işçilərinin əmək haqlarının fərqli dərəcədə artırılmasını dövlət başçısının yaradıcı insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Sonra “Senemar” tamaşasına baxılıb. Maraqla izlənilən bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

Lənkəranda 128-ci teatr mövsümü başa çatıbLənkəranda 128-ci teatr mövsümü başa çatıb
Lənkəranda 128-ci teatr mövsümü başa çatıb
Lənkəranda 128-ci teatr mövsümü başa çatıbLənkəranda 128-ci teatr mövsümü başa çatıbскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}