Prezident İlham Əliyev yazıçıya mənzil hədiyyə edib
Tarix: 23-07-2019 16:45 | Bölmə: Mədəniyyət
Prezident İlham Əliyev yazıçıya mənzil hədiyyə edib

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya mənzil hədiyyə edib.

Reyting.az
xəbər verir ki, bu barədə yazıçı özü "Facebook" hesabında yazıb.

"Əziz dostlar!

Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı mənzil altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}