Kıvanc Tatlıtuğ İran filmində – Təklif var, bəs təsdiq?
Tarix: 25-07-2019 00:20 | Bölmə: Mədəniyyət
Kıvanc Tatlıtuğ İran filmində – Təklif var, bəs təsdiq?

“Buz ürəklər” filmindən sonra “Ağazadə” adlı serialın çəkilşlərinə hazırlaşan iranlı rejissor Hamed Ənqa məşhur türk aktyoru ilə müqavilə imzalamağa hazırlaşır.

Reyting.az
“Khabaronline”-a istinadla xəbər verir ki, söhbət Kıvanc Tatlıtuğdan gedir.

Serialın təmsilçisi Behrəng Toufiqi türk super ulduzla danışıqlar üçün 2 gün əvvəl İstanbula yollanıb və hazırda ilkin danışıqlar aparır. Həmçinin, Samiyə Lakın Türkiyədə “Ağazadə” filmi ilə bağlı Kıvanc Tatlıtuğla bir neçə həftə əvvəl müzakirələr aparıldığını və onunla maliyyə məsələsində razılaşdığını bildirib.

Filmin rejissoru Hamed Ənqa hələ xəbəri təsdiqləməsə də, açıqlamaları xəbərin təkzibinə bənzəməyib: "Yaxın günlərdə dəqiq məlumatlar veriləcək. İran filmində türk aktyorun iştirakı arzulanandır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}