Te­at­r ta­nın­mış­la­rı səhnəsinə toplayır
Tarix: 21-07-2016 13:10 | Bölmə: Mədəniyyət

 


İyu­lun 8-­də Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı möv­sü­mə ye­kun vur­du. Bu məq­səd­lə kol­lek­tiv te­atr­se­vər­lə­rə İsi Mə­lik­za­də­nin "Gəl qo­hum olaq" ta­ma­şa­sı­nı tədim et­di.

Te­at­rın di­rek­to­ru Sə­xa­vət Məm­mə­dov möv­sü­mün ye­kun­la­rı və gə­lə­cək plan­la­rı ilə bağ­lı Rey­ting.az-a de­yib ki, 9 ta­ma­şa təq­dim edi­lib, say­sız-­he­sab­sız təd­bir­lər ke­çi­rib­lər: "Möv­süm bo­yu 4 ta­ma­şa nə­zər­də tu­tul­sa da, 5 əsə­ri də əla­və ha­zır­la­dıq. Ta­ma­şa­çı­lar bu əsər­lər­dən məm­nun qal­dı­lar".

Gə­lən möv­süm üçün plan­la­rı­nın və ya­ra­dı­cı­lıq iş­lə­ri­nin da­ha çox ol­du­ğu­nu bil­di­rən di­rek­to­run söz­lə­ri­nə gö­rə, ən baş­lı­ca­sı gə­lən möv­süm­də - okt­yabr və no­yabr ay­la­rın­da Ba­kı­ya iki ta­ma­şa ilə gəl­mək­dir.

Bu möv­süm­də ət­raf ra­yon­la­ra sə­fər edən te­atr xa­ri­ci öl­kə­lə­rə ge­də bil­mə­yib. "Yə­qin ki, qar­şı­da­kı möv­süm­də sə­fər­lə­ri­miz ola­caq. Ar­tıq sə­fər­lə əla­qə­dar Teh­ran və Tür­ki­yə­yə sə­nəd­lə­ri­mi­zi gön­dər­mi­şik. İki­si də fes­ti­val­dır.

Teh­ran­da Əli Əmir­li­nin Va­qif Əsə­do­vun qu­ru­lu­şun­da "İ­ki ye­ti­min ta­le­yi", İs­tan­bul­da isə "Mü­fət­tiş" əsə­ri ilə çı­xış et­mək fik­rin­də­yik. Gə­lən möv­süm­də plan­la­rı­mız da­ha çox­dur.

Möv­sü­mü döv­lət si­fa­ri­şi əsa­sın­da ha­zır­la­dı­ğı­mız Qo­qu­lun "Mü­fət­tiş" əsə­ri əsa­sın­da ha­zır­la­nan ta­ma­şa ilə aça­ca­yıq. Ta­ma­şa de­mək olar ki, ha­zır­dır. Tex­ni­ki iş­lə­rin­də bir az lən­gi­mə­lər var, onu da sent­yab­ra ki­mi ara­dan qal­dı­ra­ca­yıq", - de­yən Sə­xa­vət Məm­mə­dov xalq ar­tis­ti Va­leh Kə­ri­mo­va Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı­nın iş tək­li­fi­nə də to­xu­nub:

"Biz Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə mü­ra­ci­ət et­dik. Mü­ra­ci­ət­də Va­leh Kə­ri­mo­vun bi­zim te­atr­da ta­ma­şa ha­zır­la­ma­sı­nı tək­lif et­dik. Na­zir­lik də bu­nu müs­bət qar­şı­la­dı və Va­leh Kə­ri­mov mü­qa­vi­lə əsa­sın­da bi­zim­lə əmək­daş­lıq elə­di. Onun qu­ru­luş ver­di­yi "Gəl qo­hum olaq" ta­ma­şa­sı Min­gə­çe­vir­də ta­ma­şa­çı­la­rın bö­yük rəğ­bə­ti­ni qa­zan­dı. Hə­min ta­ma­şa ye­ni möv­süm­də də bi­zim re­per­tu­a­rı bə­zə­yə­cək. Ta­ma­şa­çı­la­rı­nın çox ol­ma­sı sə­bə­bin­dən kol­lek­tiv ola­raq qə­rar ver­dik ki, 2017-­ci il­də də Va­leh Kə­ri­mov te­at­rı­mız­da da­ha bir ne­çə əsə­rə qu­ru­luş ver­sin. Əgər Va­leh mü­əl­lim özü bu ta­ma­şa­da oy­na­yar­sa, da­ha yax­şı olar, ta­ma­şa­çı­la­rı­mız bir az da ar­tar. Düz­dür, bu­nun­la bağ­lı Va­leh mü­əl­lim­lə da­nış­ma­mı­şıq. Am­ma gü­man edi­rik ki, o, bi­zim tək­li­fi ye­rə sal­ma­ya­caq.

Va­leh mü­əl­li­mi sev­mə­yən yox­dur. Ona gö­rə də be­lə sə­nət­ka­ra da­i­ma səh­nə ver­mək la­zım­dır.

Ta­ma­şa­nın mü­əl­li­fi İsi Mə­lik­za­də­dir. O da Ağ­ca­bə­di ra­yo­nun­dan­dı. Ona gö­rə də dü­şün­mü­şük ki, ye­ni möv­süm­də biz bu ta­ma­şa ilə hə­min ra­yon­da da sə­fər­də olaq".

V.­Kə­ri­mov ki­mi akt­yor­la­rı səh­nə­də sax­la­ma­ğın va­cib­li­yi­nə to­xu­nan mü­sa­hi­bi­miz qeyd edib ki, te­at­rı­n on­lar­dan öy­rə­nə­cə­yi çox şey var: "O­na gö­rə də on­la­rın qəd­ri­ni bi­lib, səh­nə­də ol­ma­la­rı üçün can­fə­şan­lıq et­mək la­zım­dır. Be­lə akt­yor­la­rın səh­nə­də ol­ma­sı gənc akt­yor­lar üçün sə­nət mən­bə­yi­dir".

Üzü­mü­zə gə­lən möv­süm­də ad­lı-­san­lı sə­nət­kar­lar­la iş­lə­yə­cək­lə­ri­ni bil­di­rən di­rek­tor de­yib ki, on­la­rın bir ne­çə­si­ni te­ta­ra də­vət edib iş bir­li­yi qu­ra­caq­lar: "A­ğa­xan Sal­man­lı, Bəh­ram Os­man­lı, Va­leh Kə­ri­mov, Va­qif Əsə­dov ki­mi akt­yor­lar­la iş­lə­mək fik­rin­də­yik. On­lar bu möv­süm­də bi­zim te­atr­da ye­ni ta­ma­şa­lar qu­ra­caq­lar".

Söz dü­şən­də bə­zi sə­nət adam­la­rı böl­gə te­atr­la­rı­nın və­ziy­yə­ti­nin ağır ol­du­ğu­nu, in­san­la­rın te­atr­dan uzaq dü­şü­dü­yü­nü və te­atr mü­hi­ti­nin öl­dü­yü­nü de­yir­lər. S.Məm­mə­dov isə bu it­ti­ham­lar­la ra­zı­laş­mır:

"Biz möv­sü­mü bağ­la­ya­na ki­mi həf­tə­də 4-5 ta­ma­şa­mız olur­du. Ta­ma­şa­çı qıt­lı­ğı yox idi. İn­di isə ta­ma­şa­çı bir az da ar­tıb".

Onu da qeyd edək ki, möv­süm ər­zin­də Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı mən­fi mə­na­da mət­bu­a­tın gün­də­min­dən düş­mə­di, qal­ma­qal­lar he­sa­bı­na əməl­li-­baş­lı "rek­lam" olun­du. Te­at­rın di­rek­to­ru isə "Ya­zan­lar və ya­yan­lar da yo­rul­du­lar. Şa­hi­di ol­du­lar ki, biz da­ha çox ye­ni­lik­lər ax­ta­rı­rıq. Həm də biz ya­zı­lan­la­rın ha­mı­sı­na re­ak­si­ya ver­mə­dik. Haq­qı­mız­da ya­zı­lan­la­rın bə­zi­lə­ri işi­mi­zə ma­ne ol­sa da, ça­lış­dıq ki, işi­miz­də yal­nış­lı­ğa yol ver­mə­yək. Bu­nun da öh­də­sin­dən vax­tın­da gə­lə bil­dik",- de­yə­rək kam­pa­ni­ya­nı təş­kil edənlə­rin niy­yə­ti­ni bil­mə­di­yi­ni söy­lə­yib: "Ə­sas odur ki, niy­yət­lə­ri­ni hə­ya­ta ke­çi­rə bil­mə­di­lər".

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər